"Kasımpaşa" klubu baş məşqçisi ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılıqlı razılıq əsasında 38 yaşlı mütəxəssislə yollar ayrılıb. 

Qeyd edək ki, Şenol Can 2021-ci ilin 24 martında komandanın sükanı arxasına keçmişdi. "Mavi-ağ" komanda ilə 10 oyuna çıxan Şenol, 4 qələbə qazanıb, 3 heç-heçə və 2 məğlubiyyət yaşayıb.