Türkiyə Superliqasının 1-ci turunda "Rizespor"a qalib gələn (3:0) "Beşiktaş"ın gələn həftə yeni transferini açıqlayacağı gözlənilir.

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "qara qartallar" "Başakşehir"in qapıçısı Mert Günokla razılığa gəlib. 32 yaşlı qolkiperin "Beşiktaş"a görə "Qalatasaray"ın təklifni 3 dəfə geri çevirdiyi bildirilir.

Qeyd edək ki, Mert Günok "Beşiktaş"a keçidi üçün "Başakşehir"dən alacağı 300 000 avronu da götürməyib.

.