“Qaziantep” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, Super Liqanın yeni mövsümünün ilk turu ərəfəsində klub kollektivindən COVİD-19 testi götürülüb. Nəticədə iki futbolçunun koronavirusa yoluxduğu müəyyənləşib. Adı açıqlanmayan həmin futbolçular dərhal karantinə götürülüblər.

Qeyd edək ki, “Qaziantep” Super Liqanın 1-ci turu çərçivəsində sabah səfərdə “Fatih Karagümrük” ilə üz-üzə gələcək.