Ozan Tufan "Fənərbağça"dan ayrılmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni baş məşqçisi Vitor Pereyranın planlarına daxil olmayan 26 yaşlı yarımmüdafiəçi üçün Avropa ölkələrinin klubları hərəkətə keçib. Türkiyə mətbuatının yazdığına görə, sözügedən futbolçuya İngiltərə və Fransa klubları "elçi" düşüb.

Qeyd edək ki, Ozan Tufan 2015-ci ildən "Fənərbağça"da çıxış edir. Onun transfer dəyəri 11 milyon avrodur.