Türkiyənin "Fənərbağça" klubu hücum xətti transferində bombanı partlatmağa hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Lion"un ulduzu Mussa Dembeleni heyətinə qatmaq istəyir. Klubun prezidenti Ali Koç bu futbolçunu transfer etmək qərarına gəlib.
20 milyon avro satış qiyməti olan 25 yaşlı hücumçu üçün "Fənərbağça" Dmitris Pelkası təklif edəcək. Klub rəhbərliyi Fransa təmsilçisinin uzun müddətdir maraqlandığı yunan vinger sayəsində Dembelenin transfer qiymətini azaltmaq istəyir.
Qeyd edək ki, "Lion"un idman direktoru Juninyo danışıqlar üçün İStanbula gələcək.