"Kasımpaşa" klubu heyətini hollandiyalı müdafiəçi ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi syaytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Ceffri Brumanı transfer edib. Sonuncu dəfə "Volfsburq"da forma geyinən 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. 

 Hollandiya milli komandası ilə 25 oyun keçirən Bruma, "Çelsi", "Lester", "Hamburq", PSV, "Şalke" kimi klublarda çıxış edib. O, "zadəganlar"ın heyətində 2010-cu ildə Premyer Liqa çempionluğu yaşayıb, İngiltərə Kuboku, İngiltərə Super Kuboku qazanıb.