"Qalatasaray"ın baş məşqçisi Fatih Terim transferlərlə bağlı şok açıqlamaları ilə gündəmə gəlib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis norveçli futbolçular Erlinq Haaland ("Borussiya") və Yens Petter Hayqe ("Milan") barədə danışıb. O, hazırda 150 milyon avro dəyəri olan Erlinq Haalandla Norveçdə anlaşma mərhələsində gəldiklərini açıqlayıb:
"Bir çox oyunçuları nəzərdən keçiririk. Onların arasında Erlinq Haaland da var idi. Norveçin U20 millisində ikən diqqətimizi çəkmişdi. Onu nəzərdən keçirmək üçün Norveçə Ümit Davala ilə Necati Ateşi göndərdim. Həmin dönəm limitimiz olsaydı, 8-9 milyon avroya transferi bitirəcəkdik. Martin Linneslə eyni şəhərdən olduğu üçün əlaqə saxladıq, atasıyla görüşdük. Futbolçu ilə razılıq mərhələsinə gəldik. Təəssüflər ki, Norveçdən heç vaxt çıxmayan 20 yaşlı futbolçuya 8-9 milyon versək, bizə Türkiyədə nələr olardı, siz özünüz düşünün. İndi isə 150 milyon avro qiyməti var. Ona bənzər başqa oyunçu da "Milan"a getdi, Hayqe. O da bizim hədəfimizdə idi".