Türkiyənin "Beşiktaş" klubundan Dieqo Kostaya yeni təklif var.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "qara qartallar" braziliyalı oyunçu üçün maaş məbləğini artırıb. Belə ki, klub 32 yaşlı forvarda illik 4 milyon avro və bəzi bonuslar təklif edib. Kostanın yeni təklif barədə düşündüyü bildirilir.

Qeyd edək ki, yanvar ayında "Atletiko"dan ayrılan Dieqo, o vaxtdan bəri klubsuzdur. İspaniya və Braziliya millilərinin sabiq üzvü ilə Dubay və A Seriyası klubları da yaxından maraqlanır.