"Beşiktaş"la müddəti başa çatan müqaviləsini yeniləməyən Dorukhan Toközün yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Trabzonspor" 25 yaşlı yarımmüdafiəçini transfer edib. Qaradəniz təmsilçisi Türkiyə millisinin üzvü ilə 3+1 illik müqavilə bağlayıb. Toközün illik maaşı 9 milyon TL olacaq.
Qeyd edək ki, Dorukhan 2018-21-ci illərdə "Beşiktaş"ın formasını geyinib.