"Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "cim-bom" son klubu "Kristal Palas" olan Patrik van Aanholtu heyətinə qatıb. 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, niderlanlı oyunçu karyerası ərzində "Çelsi", "Sanderlend", "Nyukasl Yunayted", "Lester" kimi komandalarda da forma geyinib.