"Fənərbağça" iki ulduz futbolçunun transferini bitirmək üzrədir.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, bir müddət səssizliyini qoruyan "sarı-lacivərtlər" transfer bombasını partlatmağa hazırlaşır. Türkiyə təmsilçisi "Latsio"nun hücumçusu Vedat Muriqini heyətinə qatacaq. A Seriyası klubu futbolçusunu icarə əsasında "Fənər"ə göndərməyə razıdır.
Bundan əlavə, azad agent olan Aleyş Vidal "Fənərbağça"nın 2,5 milyon maaş və 2+1 illik müqavilə təklifinə müsbət cavab verib.
Çalışmalar yolunda gedərsə, Superliqa nəhəngi tezliklə hər iki transferi açıqlayacaq.
Qeyd edək ki, sonuncu dəfə "Sevilya" formasını geyinmiş Aleyş Vidal "Barselona", "Alaves", "Ximnastik" kimi klublarda çıxış edib. "Giresunspor", "Rizespor", "Gençlerbirliyi", "Fənərbağça" klublarının formalarını geyinmiş Muriqi isə müxəlif illərdə karyerasını davam etdirdiyi Türkiyədə 78 qola imza atıb.