Yeni mövsümə hazırlıqlarını davam etdirən Türkiyənin "Beşiktaş" klubu daha bir ayrılığa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Duqlas Santosla yollarını ayırır. Buna səbəb baş məşqçi Sergen Yalçının 30 yaşlı futbolçunu növbəti mövsüm üçün heyətdə görməməsidir. Artıq Duqlasın yeni ünvanı da bəllidir. Müdafiəçinin karyerasını "Yeni Malatyaspor"da davam etdirəcəyi bildirilir. Braziliyalı oyunçu artıq "Yeni Malatyaspor"la bütün detallarda anlaşıb. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Duqlas 2019-cu ilin yayınan "Beşiktaş"da oynayıb.