Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Niderland PSV-sinə 1:5 hesabı ilə uduzaraq turnirlə böyük ölçüdə vidalaşan "Qalatasaray"da baş məşqçi dəyişikliyi baş verə bilər.

Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Burak Elmas Fatih Terimi bu postda saxlamaqda maraqlı deyil. Belə ki, funksioner Almaniyadan çalışdırıcı gətirməyi planlaşdırır.

Terimlə bu günlərdə yeni müqavilə imzalansa da, Elmas "cim-bom"un yola 67 yaşlı mütəxəssislə davam etməsini istəmir.

Qeyd edək ki, təcrübəli çalışdırıcı 2017-ci ildən "Qalatasaray"ın "sükanı arxasındadır".