"Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub prezidenti Burak Elmas məlumat verib. O, 68 yaşlı mütəxəssislə 3 illik yeni müqavilə imzaladıqlarını bildirib.
Qeyd edək ki, Terimin "Qalatasaray"la sözləşməsi mayın 31-də başa çatmışdı.