"Qalatasaray" baş məşqçisi Fatih Terimlə 3 illik müqavilə imzalayıb.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" yeni sözləşmə barədə TFF-yə bildirib. 67 yaşlı mütəxəssis 2024-cü ilədək "Cim-Bom"u çalışdıracaq.
Yeni müqavilə əsasında, Fatih Terimin illik maaşı 3 milyon avro məbləğində olacaq.
Qeyd edək ki, 2017-ci ildən "Qalatasaray"ı çalışdıran Terimin klubla müqaviləsinin müddəti mayın 31-də başa çatmışdı.