"Fənərbağça" 5 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər"in yeni baş məşqçisi Vitor Pereyra bir neçə oyunçunu komandasında görmək istəmir. Bunlar Zanka, Lemos, Zayts, Dirar və Perotti portuqaliyalı mütəxəssisin ehtiyac duymadığı futbolçulardır.
Qeyd edək ki, Pereyra baş məşqçi postunda Emre Belözoğlunu əvəzləyib.