“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" “Vasko da Qama”, “Şaxtyor” (Donetsk) kimi klublarda çıxış edən və son ünvanı Çin "Tszyansu"su olan Aleks Teyşeyra ilə razılığa gəlib.

İstanbul təmsilçisinin 31 yaşlı braziliyalı yarımmüdafiəçi ilə yaxın zamanda iki illik müqavilə imzalayacağı bildirilib.