Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Real Sosyedad"dan Villian Jozeni heyətinə qatmaq niyyətindədir. Artıq 29 yaşlı futbolçunun menecerinin İstanbula getdiyini və "Beşiktaş"ın rəhbərliyi ilə görüşdüyü bildirilir. Məlumata görə, futbolçu 2,5 milyon avro, "Real Sosyedad" isə 6 milyon avro tələb edir. "Beşiktaş" rəhbərliyini isə maksimum 3 milyon transfer məbləği ödəyə biləcəklərini bildirib.

Jozenin menecerinin "Beşiktaş"dan bir neçə gün vaxt istədiyi qeyd edilir. 

Braziliyalı oyunçu keçən mövsümün ikinci hissəsini "Vulverhempton"da keçirib.