"Fənərbağça"dan ayrılan Gökhan Gönülün yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Çaykur Rizespor"la 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, G.Gönül bu ay "sarı-lacivərtlilər"dən müqaviləsinin müddəti başa çatdığı üçün ayrılmışdı.