Növbəti mövsüm üçün heyətini genişləndirməyi planlaşdıran "Qalatasaray" PSJ-nin futbolçusu ilə güclənmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "cim-bom" Paris təmsilçisində forma geyinən Leyvin Kurzavanı rənglərinə bağlamağa yaxındır.
Bu barədə "Habertürk"ə açıqlama verən klub prezidenti Burak Elmas 28 yaşlı fransalı sol cinah müdafiəçisi üçün danışıqların davam etdiyini və ilkin razılığın əldə olunduğunu bildirib. Funksioner Kurzavanı sərbəstqalma məbləği ilə transfer etmək istədiklərini qeyd edib.
Qeyd edək ki, sözügedən futbolçu 2015-ci ildən PSJ-nin şərəfini qoruyur.
Xatırladaq ki, "Qalatasaray" buna qədər Aytaç Kara, Alpaslan Öztürk və Barış Alper Yılmazın keçidini həll edib.