Çempionlar Liqasına hazırlığı davam etdirən Türkiyənin “Qalatasaray” klubu növbəti transferini tamamlamağa yaxındır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Alassane Ndaonu heyətinə qatmağa hazırlaşır. “Qalatasaray”ın 24 yaşlı oyunçunun məxsus olduğu “Fatih Karagümrük” klubu ilə anlaşdığı bildirilir. Futbolçu da “sarı-qırmızılar”da oynamağa razılıq verib. “Qalatasaray” bu keçid üçün qarşı tərəfə 1 milyo avro və 2 futbolçusunu - Yesse Sekidika ilə Cimmi Durmazı təklif edib və müsbət cavab alıb.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. Ndao keçən mövsüm iştirak etdiyi 38 oyunda 11 qol, 9 məhsul ötürmə ilə yadda qalıb.