Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbaxça” hücumçu transferinə hazırlaşır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu braziliyalı futbolçu Halkı heyətinə qatmaq niyyətindədir. “Fənərbaxça” hazırda ölkəsinin “Atletiko Mineyro” klubunda çıxış edən 34 yaşlı futbolçu ilə təmasa keçib və müsbət qarşılıq alıb. Məlumata görə, Halk 2 illik müqavilə və illik 4 milyon avro məvacib tələb edir. “Fənərbaxça”nın bu transferlə bağlı yekun qərarını vermədiyi bildirilir.

Qeyd edək ki, Halkın “Atletiko Mineyro” ilə müqaviləsi növbəti ilin sonunadək nəzərdə tutulub. Lakin onun klubla müqaviləsində istədiyi zaman transfer məbləği ödəmədən ayrıla biləcəyi ilə bağlı maddə var. Futbolçu başqa klubla razılıq əldə edəcəyi halda, Braziliya klubu onun üçün transfer məbləği tələb edə bilməyəcək.