"Qalatasaray" 2021-22 mövsümü üçün transfer hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, klubun yeni prezidenti Burak Elmas Fatih Terimin komandada görmək istədiyi iki futbolçunun transferini bitirmək üzrədir. Belə ki, rəhbərlik Gedson Fernandeşi birbaşa transfer hüququ ilə icarəyə götürmək barədə "Benfika" ilə anlaşıb.
Bundan əlavə, "Cim-Bom" Patrik Van Aanholtla da razılığa gəlib. "Kristal Palas"la müqaviləsinin müddəti başa çatan 30 yaşlı müdafiəçi ilə 1,6 milyon avro maaşa 3 illik sözləşmə imzalanacaq.