"Qalatasaray" gələn mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, "Cim-Bom" Leyvin Kurzava barədə PSJ ilə danışıqlar aparır. "Sarı-qırmızılar"ın Paris təmsilçisi ilə görüşlərinin yaxşı keçdiyi bildiliri. Lakin "Qalatasaray" 28 yaşlı müdafiəçini razı salmalıdır.
Superliqa nəhənginin Kurzavanı birbaşa transfer və ya icarəyə götürməyi planlaşdırdığı bəlli deyil.
Qeyd edək ki, Leyvin Kurzava 2016-cı ildə 25 milyon avroya "Monako"dan PSJ-yə keçid etmişdi.