"Beşiktaş" klubu braziliyalı Dieqo Kosta ilə müqavilə bağlamağa çox yaxındır.

Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira məlumat yayıb. "Qara qartallar" 32 yaşlı forvarda 2 illik müqavilə təklif edib. Kostanın illik maaşı 2,5 milyon avro olacaq. 

Qeyd edək ki, yanvar ayından klubsuz qalan Dieqo Kosta karyerası boyunca çıxdığı 471 maçda 181 qol vurub, 71 assistə imza atıb.