Mərkəz yarımmüdafiəçisi axtarışında olan "Beşiktaş" Mehmet Topal ilə anlaşıb.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, azad agent olan 35 yaşlı futbolçu "qara qartallar"la 1+1 illik müqavilə imzalayıb. Türkiyə millisinin üzvü bu gün tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, son dəfə "Başakşehir"in formasını geyinən Topal, "Qalatasaray", "Valensiya" "Fənərbağça" kimi klublrda çıxış edib.