Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu keçən mövsümü icarə əsasında komandada keçirən Raşid Qezzalını heyətinə qatmaq niyyətindədir. Klubun birdəfəlik transfer etmək üçün 29 yaşlı futbolçuyla anlaşdığı bildirilir. Məlumata görə, vinger "Beşiktaş"la illik 2,5 milyon avro məvaciblə 3 illik müqavilə imzalamağa razılaşıb. Son çempionun keçidi tamamlamaq üçün Qezzalının məxsus olduğu "Lester"lə danışıqlar apardığı qeyd edilir.
Əlcəzairli futbolçunun "Lester"lə müqaviləsi növbəti mövsümün yayınadək nəzərdə tutulub.