Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə 1-ci Liqasında mübarizə aparan "Ankara Keçiörengücü"nün futbolçusu Barış Alper Yılmazı rənglərinə bağlayıb.
Bu barədə "cim-bom"un rəsmi saytı məlumat yayıb.
21 yaşlı sol cinah yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Maraq üçün qeyd edək ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərli də "Ankara Keçiörengücü"də çıxış edir.