“Qalatasaray” klubu heyətini tanınmış futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı Paulinyonu rənglərinə bağlamaqda israrlıdır. Hazırda azad agent statusu daşıyan "sambaçı" ilə bir çox məsələdə ilkin razılıq əldə olunub.

Daha əvvəl illik 4 milyon avro maaş tələb edən 33 yaşlı yarımmüdafiəçi “cim-bom”un 3 milyonluq təklifinə müsbət cavab verib.

Qeyd edək ki, futbolçunun son klubu Çin "Quancou Everqrand"ı olub.