Növbəti mövsümdən Super Liqada mübarizə aparacaq "Adana Demirspor" klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "mavi lacivərtlilər" Mario Balotellini rənglərinə bağlayıb. 30 yaşlı italiyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Balotellinin son klubu İtaliya "Breşiya"sı olub.