"Adana Demirspor"un anlaşdığı Mario Balotellinin Türkiyəyə gələcəyi tarix bəlli olub.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvard bu gün Adana şəhərinə gələcək. Balotelli 3 illik müqavilə bağlayacağı "Adana Demirspor"la sözləşmənin detallarını müzakirə edəcək. Bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb. 

Qeyd edək ki, Balotellinin son klubu İtaliya B Seriyasında mübarizə aparan "Montsa" olub.