"Qalatasaray" klubu növbəti mövsüm üçün üçüncü transferini reallaşdırır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar" "Keçiörengücü"ndə oynayan Barış Alper Yılmazın transferi ilə bağlı razılıq əldə edib.
Belə ki, "Cim-Bom" 1.5 milyon avro təzminat ödəyəcək. 21 yaşlı vingerlə 5 illik müqavilə imzalanacaq. İstanbul təmsilçisinin yaxın vaxtlarda bu transferi rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" bundan əvvəl Aytaç Kara və Alpaslan Öztürkü transfer edib.