Henri Onyekurudan imtina edən "Qalatasaray" onun əvəzinə İtaliyadan futbolçu gətirir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "Cim-Bom" "Cenoa"nın ötən mövsüm "Yuventus"dan icarəyə götürdüyü Marko Pyaça ilə maraqlanır. Fatih Terim futbolçunun keçidi üçün İtaliyada menecer Alessandro Luççi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Yuventus" 26 yaşlı vingeri 2016-cı ildə 23 milyon avroya "Dinamo"dan (Zaqreb) satın alıb. Xorvatiylını oyunçunu "Şalke", "Anderlext" və "Cenoa" kimi klublara icarəyə göndərən Turin təmsilçisi Pyaçadan gözlədiyi nəticəni ala bilməyib.