Türkiyə millisinin üzvü Kaan Ayhan uğrunda Superliqanın 3 nəhənginin mübarizə apardığı rəsmən açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sassuolo" rəsmiləri "Sabah" nəşrinə açıqlama verib. İtaliya təmsilçisi bu açıqlamanı verib: "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça" onunla maraqlanır. "Qalatasaray" və "Beşiktaş" bir addım öndədir. "Fənərbağça" isə digərlərinə nisbətən daha geridir".
"Qara qartallar"ın 26 yaşlı müdafiəçini icarəyə götürmək, mövsümün sonu isə 2,5 milyon avroya birbaşa transfer etməyi planlaşdırdığı bildirilir.