“Rizəspor” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli müdafiəçi Sebastyan Holmeni rənglərinə bağlayıb.
29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, isveçli müdafiəçi geridə qalan mövsümü Niderlandın “Villem II” klubunda keçirib.