“Qalatasaray” klubundan ayrılan Yunes Belhanda karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Adana Dəmirspor”a keçib. Superliqa klubu azad agent statusu daşıyan futbolçu ilə 3 illik müqavilə imzalandığını bəyan edib.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildən "Qalatasaray"da çıxış edirdi.