"Fənərbağça"nın yeni baş məşqçinin adını açıqlamamasının səbəbi bəlli olub.
Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, klub rəhbərliyi Paulo Fonseka və Yoahim Lövün komandaya gətirilməsində israrlıdır.
Klub pezidenti Ali Koç öncə iyun ayının 3-cü həftəsi, daha sonra isə bu həftənin bazar ertəsi yeni baş məşqçinin açıqlanacağını bildirmişdi.
Komandanın başına yüksək səviyyəli mütəxəssis gətirmək istəyən Koçun, “Roma” ilə müqaviləsinin müddəti bu gün başa çatacaq Fonseka və ya AVRO-2020-dən sonra Almaniya millisindən ayrılacaq Lövün qərar verməsini gözlədiyi bildirilir.
"Sarı-lacivərtlər"in prezidenti, hər iki çalışdırıcı ilə anlaşa bilməsə, digər namizəd mütəxəssislərdən biri ilə əməkdaşlıq edəcək.
Emre Belözoğlu ilə yollarını ayıran "Fənərbağça"nın iyulun 5-də yeni baş məşqçisini açıqlayacağı gözlənilir.