Fatih Terim Ozan Kabakı "Qalatasaray"a dəvət edib.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 21 yaşlı AVRO-2020 oyunlarında Türkiyə millisinin heyətində forma tapa bilmədi. Bu səbəbdən futbolçu böyük klubların diqqətini çəkməkdə çətinlik çəkir. "Nitsa" təklif göndərsə də, Kabak müsbət yanaşmır.
Ozan istədiyi klublardan təklif almasa Fatih Terim onu "Qalatasaray"a qayıtmağa çağırıb: "Zirvədə çıxış edən bir klubla anlaşmasan, "Qalatasaray"a gəl. Burda əvvəlki formana geri dön".
Qeyd edək ki, "Qalatasaray" 2019-cu ildə 11 milyon avro qarşılığında Ozan Kabakı "Şalke"yə satıb. Türkiyə millisinin üzvü yanvar ayında icarə əsasında "Liverpul"da çıxış edib.