"Trabzonspor" klubu Slovakiya millisinin kapitanı Marek Hamşiki heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, dünən Trabzona gələn 34 yaşlı yarımmüdafiəçinin bu gün təqdimat mərasimi baş tutub. "Trabzonspor" Hamşik ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, sonuncu dəfə "Göteborq"un formasını geyinən slovakiyalı oyunçu İtaliyanın "Breşia", "Napoli", Çinin "Dalian" klublarında çıxış edib.