"Fənərbağça" ilə yollarını ayıran yeni ünvanı bəlli olub.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, tətilə çıxan Belözoğlu Türkiyə millisinin baş məşqçisi Şenol Günəşlə görüşüb. Güneşin "Səninlə çalışmaq istəyirəm, Dünya Kubokuna birlikdə irəliləyək", təklifinə 40 yaşlı mütəxəssis müsbət cavab verib.
Gələn həftə də Şenol Günəşlə görüşəcək Belözoğlu, son qərarını yaxında açıqlayacaq.