Türkiyə "Keçiörengücü" klubu "Keşlə"nin sabiq futbolçusu Vüsal İsgəndərli ilə müqavilə bağlayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ankara təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin keçidini rəsmən açıqlayıb. İsgəndərli ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.