Türkiyə  "Keçiörengücü" klubu "Keşlə"nin sabiq futbolçusu Vüsal İsgəndərli ilə müqavilə bağlayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Ankara təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin keçidini rəsmən açıqlayıb. İsgəndərli ilə  3 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.