“Fatih Karagümrük” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi türk əsilli italyan müdafiəçi Rayyan Baniyanı transfer edib.
22 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, İtaliyanın Bolonya şəhərində dünyaya gələn və anası türk olan Rayyan, “Modena” və “Verona” klublarının aşağı yaş qrupları üzrə komandalarında çıxış edib.