"Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla bağlı qərar verib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun başa çatan müqaviləsi yeniləcək.

Bu gün klub prezidenti Ahmet Nur Çebinin 49 yaşlı mütəxəssislə görüşdüyü və yeni müqavilə ilə bağlı razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.