Bir müddət öncə "Beşiktaş"ın Dieqo Kosta üçün hərəkətə keçdiyini xəbər vermişdik. Braziliyalı futbolçunun "qara qartallar"dan tələb etdiyi dodaquçuqladan məbləğ bəlli olub. 

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, bu il Çempionlar Liqasına yüksək səviyyəli heyət çıxarmaq istəyən "Beşiktaş" Kosta üçün iki ildə 15 milyon avro ödəməli olacaq. Belə ki, ulduz futbolçu illik 6 milyon maaş, 2 milyon transfer qiyməti və 1 milyon avro menecer haqqı istəyir. 

Klub rəhbərliyi isə Kostanın menecerinə 2 il üçün ümumilikdə 5 milyon avro ödəniş edə biləcəklərini bildirib.

Qeyd edək ki, yanvar ayından klubsuz qalan Dieqo Kosta karyerası boyunca çıxdığı 471 maçda 181 qol vurub, 71 assistə imza atıb.