"Qalatasaray"ın 38-ci prezidenti Burak Elmas oldu.
Offsideplus.az xəbər verir ki, klubun televiziyasında seçkilərdən sonra canlı bağlantı ilə Burak Elmasın hissləri və fikirləri barədə açıqlama alınıb. Daha sonra "GS TV"nin spikeri Serbay Şenkal gülməli səhv buraxıb. Şenkal, "Cim-Bom"un prezidentinin soyadını Burak Yılmazla səhv salıb: "Dəyərli izləyicilər. "Qalatsaray"ın 38-ci prezidenti Burak Yılmazın fikirləri bunlar idi".
Həmin görüntüləri təqdim edirik: