"Qalatasaray" klubunda bu gün prezident seçkiləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, seçki prosesi Bakı vaxtı ilə saat 11:00-da başlayacaq və  5 saat davam edəcək. 

Namizədlər 5 nəfərdən ibarətdir: Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas Yiğit Şardan.

Qeyd edək ki, 2018-ci ilin yanavrından "Qalatasaray"a rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.