“Trabzonspor” klubu növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent statusu daşıyan Fode Koytanı sıralarına qatıb.
30 yaşlı qvineyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Koyta 2021/22 mövsümündə 1 milyon 100 min, 2022/23 mövsümündə 1 milyon 150 min, 2023/24 mövsümündə isə 1 milyon 200 min avro məvacib alacaq.
Qeyd edək ki, Fode Koyta 2016-cı ildən “Kasımpaşa”da çıxış edirdi.