Türkiyənin "Fənərbağça" klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, yeni mövsümə hazırlıqları davam etdirən "sarı-lacivərtlilər" Almaniya ikinci Bundesliqasında çıxış edən "Darmştadt"ın futbolçusu Sərdar Dursunu rənglərinə bağlayıb.
29 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən forvard keçən mövsüm komandasının heyətində çıxdığı matçlarda 27 qol vurub.