2020-21 mövsümü üzrə Türkiyə çempionu "Beşiktaş" Çempionlar Liqasına uyğun bir heyət qurmaq üçün çox çalışır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "qara qartallar" son olaraq "Atletiko"nun formasını geyinən Dieqo Kosta ilə danışıqları davam etdirirdi. Türkiyə təmsilçisi uzun müzakirələr ardından 32 yaşlı hücumçu ilə anlaşıb.

Kosta 2,5 milyon avro maaş qarşılığında "Beşiktaş"la 2+1 illik müqavilə bağlayacaq. Razılığa gələn tərəflər bəzi detalları dəqiqləşdirəndən sonra, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, yanvar ayından klubsuz qalan Dieqo Kosta karyerası boyunca çıxdığı 471 maçda 181 qol vurub, 71 assistə imza atıb.